AZ

115 milyon yaşı olan kəhrəba tapıldı

ain.az bildirir, News24 saytına əsaslanaraq.

Yapon tədqiqatçıları Hokkaydoda tapılan 115 milyon illik kəhrəba yataqlarında elm aləminə məlum olan, yerdə baş vermiş ən qədim sunamilərə dair dəlillər tapıblar.

News24.az xəbər verir ki, Təbaşir dövrünə aid ağacların daşlaşmış qatranı tədqiq olunub, daha sonra isə alimlər hansı nəticələrə gəldikləri barədə məlumat veriblər.

“Nature Scientific Reports” nəşrində dərc olunmuş məqalədə qeyd edilir ki, yapon alimlərin araşdırdıqları Simonakaqava karxanasının qədim silisium çöküntüləri kəhrəbanın daxili və xarici strukturunda anomal dəyişiklikləri aşkar edib. Bir qrup yerli tədqiqatçı müəyyən edib ki, hələ bərkiməmiş qatran hissəsi qəfil mexaniki təsirə məruz qaldığından tədricən tipik “yanğın strukturları” əmələ gətirib.

Bu elmi məlumatlar böyük həcmdə ağac qatranının eyni vaxtda sahil ərazisindən açıq okean dərinliyinə yuyulub tökülməsi ilə bağlı baş verən genişmiqyaslı hadisəni göstərir. Elm adamları belə hesab edirlər ki, ən çox ehtimal olunan səbəb 116-114 milyon il əvvəl sahilləri tamamilə dağıdıb yuyan güclü sunamilərdir.

Yaponiya alimləri son 10 min il ərzində əmələ gələn yataqlara istinadla yeni dərc edilmiş məqalədə xüsusilə daha bir elmi məqamı vurğulayıblar. Elmi məqalədə bununla bağlı yazılır:

“Geoloji nöqteyi-nəzərdən, həm də tarixi yaşına görə, gənc Holosen sahil yataqları istisna edilməklə, ölkə ərazisindəki digər sunami yataqlarının hər biri şübhəsiz ki, geoloji rekordlarda nadirdir. Üstəlik, biz kəhrəbanın hansı proseslərin nəticəsində əmələ gəldiyini dəqiq öyrənmiş oluruq. Məhz buna görə alimlər hesab edirlər ki, analoji texnika uzaq keçmişdə baş vermiş digər böyük təbii fəlakətləri daha əhatəli öyrənmək üçün istifadə edilə bilər”./Medianews.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
news24.az

2Mənbələr