AZ

Şura sədri: Sertifikasiya imtahanı tam şəffaf qaydada həyata keçirilib

Xəbər verdiyimiz kimi, iyunun 19-da təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü keçirilib. Belə ki, infoturda iştirak edənlərdən biri də Elm və Təhsil Nazirili yanında İctimai Şuranın sədri Hikmət Əlizadə olub.

 

AzEdu.az bu münasibətlə Hikmət Əlizadə ilə əlaqə saxlayıb.  

 

Hikmət müəlim təşkil olunan infoturla bağlı təəssüratlarını bizimlə bölüşüb.

 

“İyunun 19-da sertifikasiya imtahan prosesini izləmək üçün 161 nömrəli məktəbə yollandıq. Həmin gün millət vəkilləriylə birlikdə İctimai Şura olaraq imtahan prosesinə nəzarət etdik. Qeyd edim ki, imtahan prosesi tam şəffaf qaydada həyata keçirildi. Belə ki, təhsilverənlərin hər bir kompüter arxasında əyləyib imtahan suallarını cavablandırdı. Eyni zamanda imtahanda nəzarətçilər də iştirak edirdi. Onlar imtahanın daha obyektiv olmasına nəzarət edirdilər. Həmin nəzarətdən sonra biz müzakirə keçirdik. 

Müzakirədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli təqdimat edib. Həmçinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov imtahanla bağlı çıxış etdi. Deputatlarla birgə hər birimiz yekunda öz fikirlərimizi söylədik. Mövcud vəziyyətlə əlaqədar müzakirələr aparıldı və müəyyən təkliflər verildi. İmtahanın sonunda təbii ki, yüksək bal toplayan və nisbətən narahat şəkildə çıxan müəllimləri də müşahidə etdik. 


Bu təbii prosesdir. Hansı müəllimlər ki, bilikli və səriştəli idilər, yəqin yüksək balı toplayanlardır. Hansı müəllimlər ki, öz üzərində işləməyiblərsə onların zəif nəticə əldə etməsi təbii proses idi. Elm və Təhsil Nazirliyi sertifikasiya imtahanının keçirilməsi qaydalarına əsasən ilk dəfə imtahan verənlərə bir dəfə də şans verir. Bir il sonra həmin müəllimlər yenidən sertifikasiya imtahanında iştirak edə bilərlər.


Hesab edirəm ki, imtahan müəllimlərin peşəkar inkişafına təkan verən bir prosesdir. Hər 5 ildən bir keçiriləcəkdir. Sertifikasiya imtahanları müəllimlərin özünü təhsilə cəlb edən bir amildir. Düşünürəm ki, bütün dünyada olduğu kimi Azərbaycanda da sertifikasiya imtahanlarının həyata keçirilməsi mütləqdir”.

Seçilən
6
azedu.az

1Mənbələr