AZ

Builki nəticələrin ötən illərlə müqayisədə daha yaxşı olacağı gözlənilir — Ekspert

Təhsil İnstitutunun Təhsilverənlərin peşəkar inkişafı mərkəzinin direktoru Nəzakət Mehdiyeva jurnalistlərin suallarını cavablandırarkən deyib ki, bu il keçiriən sertifikasiya imtahanlarında da çətin suallar olacaq. Sertifikatlaşmada qoyulan asan sualların məqsədi ölkədəki müəllimlərin nə qədərinin bu sualllara cavab tapa bilməməsini öyrənməkdir.

Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi Demokrat.az-a açıqlama verib.

Ekspertin sözlərinə görə, müəllimlərin sertifikasiya prosesi onların həm ixtisas biliklərinin, həm də pedaqoji-metodik hazırlıqlarının dəyərləndirilməsi məqsədi daşıyır:

“Bu mərhələdə əsas məqsəd, təhsil verənlərin tədris etdiyi fənn üzrə nə qədər bilik və bacarıqlara malik olduqlarını, eyni zamanda kurikulum, tədris metodikası, qiymətləndirmə və digər müasir təhsil yanaşmalarına nə qədər uyğun fəaliyyət göstərdiklərini müəyyənləşdirməkdir. Sınaq testləri çətinlik səviyyəsinə görə müxtəlif olur. Bəziləri daha sadə, digərləri isə daha mürəkkəbdir. Bu balanslı yanaşma müəllimlərin biliklərini obyektiv qiymətləndirmək üçün vacib sayılır. Hər bir müəllim tədris etdiyi sahə üzrə əsaslı biliklərə malik olmalı və eyni zamanda bu bilikləri şagirdlərə düzgün və effektiv şəkildə ötürmək bacarığına sahib olmalıdır. Bu il keçirilən imtahanların nəticələrinin ötən illərlə müqayisədə daha yaxşı olacağı gözlənilir. Çünki müəllimlərin hazırlanması üçün kifayət qədər vaxt olub və ixtisas sahələri üzrə suallar daha konkret çərçivədə təqdim edilib. Əgər müəllim öz ixtisasını və metodikasını yetərincə bilmirsə, təbii ki, uğur qazanmaq çətin olacaq”.

Leyla Turan 
Demokrat.az
Seçilən
3
2
demokrat.az

3Mənbələr