AZ

ABŞ səfirinin müavini vəzifəsinin icraçısı Azərbaycan-İran sərhədinə gedib

ABŞ səfirinin müavini vəzifəsini icra edən Mark Hernandez və Səfirliyin bir qrup əməkdaşı bu gün Azərbaycanın cənubunda yerləşən Astara sərhəd-keçid məntəqəsinə səfər edib.

Day.Az bu barədə ABŞ istinadən xəbər verir.

Bildirilib ki, ABŞ Səfirliyi, ölkəyə daxil olan ABŞ vətəndaşlarına yardım göstərilməsi istiqamətində Azərbaycanın davamlı dəstəyini yüksək qiymətləndirir.

"Amerikalıların təhlükəsizliyi və onların təhlükəsiz şəkildə ölkəyə daxil olması bizim üçün ən yüksək prioritet olaraq qalır", - deyə məlumatda qeyd olunub.

Seçilən
19
34
day.az

10Mənbələr