AZ

Türkiyədə yeni siyasi birlik yaranır? - Abdullah Gül ÖNƏ ÇIXDI

 

Türkiyənin sabiq prezidenti, 11-ci prezident Abdullah Gülün yenidən aktiv siyasətə qayıdacağı barədə iddialar səslənməkdədir. İddiaya görə, DEVA Partiyası, Gələcək Partiyası, Səadət Partiyası və Yenidən Rifah Partiyasının (YRP) birləşməsi ilə yeni siyasi platforma yaradılması planlaşdırılır və bu birliyin rəhbərliyinə məhz Abdullah Gül gətirilə bilər.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilir ki, Abdullah Gülün D-8 təşkilatının 28-ci ildönümü münasibətilə Çırağan sarayında keçirilən tədbirə qatılması bu iddiaları daha da gücləndirib. Tədbirdə həmçinin Səadət Partiyasının sədri Mahmud Arıkan, Gələcək Partiyasının lideri Əhməd Davudoğlu və DEVA Partiyasının rəhbəri Əli Babacan da iştirak ediblər.

Kulis məlumatlarına görə, bu partiyalara Demokrat Partiyasının da qoşulması ehtimalı müzakirə olunur. Yeni yaradılacaq siyasi birliyin Türkiyədə gələcək prezident seçkilərində əsas oyunçulardan birinə çevriləcəyi proqnozlaşdırılır.

Siyasi müşahidəçilər Abdullah Gülün son aylarda siyasi səhnəyə daha çox çıxmasının onun "siyasətə qayıdışının ısınma turları" ola biləcəyini qeyd edirlər.

Seçilən
46
38
modern.az

10Mənbələr