AZ

Müge Anlının illərdir mediadan uzaq saxladığı qızı universitetdən məzun oldu - FOTO

Müge Anlının illərdir mediadan uzaq saxladığı qızı universitetdən məzun oldu - FOTOATV-də yayımlanan "Müge Anlı ilə Tatlı Sert" proqramı ilə tanınan məşhur televiziya aparıcısı Müge Anlı bu dəfə şəxsi həyatı ilə gündəmə gəlib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, uzun illər diqqət mərkəzindən uzaq böyüyən qızı Lidya Müge Akdağ, Koç Universitetinin Hüquq fakültəsini uğurla başa vurub.

2002-ci il təvəllüdlü Lidya, Anlının 1999–2008-ci illər arasında evli olduğu jurnalist Burhan Akdağ ilə nikahından dünyaya gəlib. Uşaqlıq və yeniyetməlik illərini kameralar və mediadan uzaqda keçirən Lidya, məzuniyyət fotoları sosial şəbəkələrdə yayıldıqdan sonra gündəmə gəlib.

Sosial media istifadəçiləri onun xarici görünüşünü anası Müge Anlının gəncliyinə bənzədərək "Sanki Müge Anlının gənclik illəri", "Zərif və asil duruş" kimi rəylər bildiriblər.
Müge Anlının illərdir mediadan uzaq saxladığı qızı universitetdən məzun oldu - FOTO

Seçilən
13
sonxeber.az

1Mənbələr