AZ

ABŞ universitetlərə tədqiqat üçün ödənişlərin azaldılmasının qarşısını aldı

Bostondakı Massaçusets Federal Dairə Məhkəməsinin hakimi İndira Talvani may ayında təsdiqlənmiş Milli Elm Fondunun (NSF) universitetlərin qrant tədqiqatları ilə dolayısı ilə bağlı inzibati və maddi xərclər üçün kompensasiya almaq imkanlarını məhdudlaşdıran siyasətini etibarsız saydı.

Bu barədə cümə günü, iyunun 20-də “Reuters” və “Bloomberg” məlumat yayıb.

Belə ki, məhkəmə ABŞ prezidenti Donald Tramp administrasiyasının universitetlərə dövlət dəstəyini azaltmaq səylərinin həyata keçirilməsinə daha bir hüquqi maneə yaradıb. Hakim Tramp hökumətinin hərəkətlərini “özbaşınalıq və qərəzli” adlandırıb.

NSF əvvəllər Respublika administrasiyasının prioritetlərinə uyğun gəlməyən yüzlərlə qrantı dondurub. Bundan əlavə, Harvard da daxil olmaqla, ABŞ-ın ən nüfuzlu universitetlərinə milyardlarla dollar dövlət maliyyəsinin ödənilməməsinə qərar verilib.

Almaz Həsənli

Seçilən
9
1
oxumeni.az

2Mənbələr