AZ

Məktəblilər üçün yay düşərgələri təşkil olunmayacaq – RƏSMİ 

  Cari ildə şagirdlər üçün yay düşərgələrinin fəaliyyəti nəzərdə tutulmayıb.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edək ki, əvvəlki illərdə Elm və Təhsil Nazirliyi bir sıra qurumlar və təşkilatlarla birgə şagirdlər üçün yay düşərgələrinin təşkilində iştirak edib, onlarla əməkdaşlıq edib.

Yay düşərgəsinin təşkilində məqsəd məktəblilərin fiziki və mənəvi inkişafını təmin etmək, onların asudə vaxtlarını maraqlı və əyləncəli keçirmələrinə və yeni dostluq əlaqələri qurmalarına dəstək olmaq, uşaqlara yeni bacarıqlar aşılamaqdır. Görünən odur ki, bu il nazirlik özü belə düşərgələri təşkil etməyəcək.

Seçilən
1
1
referans.az

2Mənbələr