AZ

BDU-nun gənc müəllimi vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin tədris işləri üzrə dekan müavini Daxil Vəliyev vəfat edib.

Hurriyyet.az bildirir ki, bu barədə universitetin “Facebook” səhifəsində məlumat verilib. Qeyd olunur ki, Daxil Vəliyev 1980-ci ildə anadan olub. 1999-cu ildə Mehdiabad qəsəbə orta məktəbini bitirib. BDU-nun “Sosial elmlər və psixologiya” fakültəsində “Fəlsəfə” ixtisası üzrə 1999-2003-ci illərdə bakalavr, 2003-2005-ci illərdə magistr təhsili alıb.

2005-2009-cu illərdə “Fəlsəfə tarixi və mədəniyyətşünaslıq” kafedrasının aspirantı olub, 2013-cü ildə “Əli Şəriətinin dini-fəlsəfi görüşləri” mövzusunda dissertasiya işini müdafiə edib və fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

O, 2007-ci ildən BDU-nun “Sosial elmlər və psixologiya” fakültəsində metodist, 2013-cü ildən isə dekan müavini, müəllim, 2017-ci ildən “Fəlsəfə tarixi və mədəniyyətşünaslıq” kafedrasının dosenti vəzifələrində çalışıb.

AzPolitika.info

Seçilən
3
13
hurriyyet.az

10Mənbələr