AZ

"Sheki Open" turnirində vahid lider

Şəkidə “Sheki Open” beynəlxalq şahmat festivalı davam edir.

"Football-plus.az" xəbər verir ki, A və B turnirlərində 9 ölkədən 260 şahmatçı iştirak edir.

Əsas yarışda üç turdan sonra vahid lider var. Bu, ardıcıl üç qələbə ilə start götürən azərbaycanlı beynəlxalq usta Vüqar Manafovdu. Altı şahmatçı ondan yarım xal geridədi, o cümlədən yarışın reytinq favoriti ukraynalı Vitali Bernadski və Xaqan Əhməd.

"Sheki Open" Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilən "Chess Tour Azerbaijan"ın bir mərhələsidi.

Yarış İsveçrə sistemi üzrə doqquz turda keçiriləcək və iyunun 25-də başa çatacaq.

Seçilən
20
50
football-plus.az

10Mənbələr