AZ

Ançelottinin oğlu baş məşqçiliyə başlayır – Braziliyada

Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin oğlu Davide Ançelotti baş məşqçi olacaq.

Msport.az xəbər verir ki, Davide “Botafoqo”da işləyəcək.

O, Braziliya klubunun bütün şərtləri ilə razılaşıb. Daha əvvəl bildirilmişdi ki, klub 35 yaşlı italiyalıya 2026-cı ilin dekabrına qədər müqavilə təklif edib. Bu, Davide Ançelotti üçün ilk baş məşqçi işi olacaq. İndiyədək o, atasının rəhbərlik etdiyi Madrid “Real”ında, daha sonra isə Braziliya millisində məşqçilər heyətində çalışıb.

Qeyd edək ki, 30 iyunda “Botafoqo” portuqaliyalı mütəxəssis Renatu Payvanın baş məşqçi vəzifəsindən azad olunduğunu elan etmişdi.

Seçilən
12
29
msport.az

10Mənbələr