AZ

Britaniyada məktəbdənkənar təhsilin əsas səbəbi AÇIQLANDI

Böyük Britaniyada 600-dən çox şagird evdə təhsil alır.

AzEdu.az xarici mediadan əldə etdiyi məlumata əsasən, İngiltərənin Wirral bölgəsində evdə təhsil alan şagirdlərin sayı son bir ildə 34% artıb. 2021-ci ildən bu yana rəqəmlər iki dəfədən çox yüksəlib.

Hazırda 600-dən çox şagird evdə təhsil alır, onların yarısı 10 və 11-ci sinif şagirdləridir. Təhsil rəsmilərinə görə, əsas səbəblərdən biri psixi sağlamlıq problemləridir.

Eyni zamanda, xüsusi təhsil ehtiyacları (SEND) və təhsil, sağlamlıq və qayğı planlarının (EHCP) vaxtında hazırlanmasında çətinliklər də əsas problemlər sırasında yer alır. Hazırda bu planların yalnız 2,1%-i vaxtında tamamlanır.

Şura problemin həlli üçün əlavə araşdırmalara başlayıb.

Seçilən
7
azedu.az

1Mənbələr