AZ

“Card to ART” sosial layihəsi

“Card to ART” – Plastikdən Sənətə!

“Yapı Kredi Bank Azərbaycan” ın əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Samur-Yalama Milli Parkında 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunan “Plastikdən istifadəni azaldaq: yerli səylər, qlobal təsirlər” mövzusunda keçirilən tədbirdə iştirak edib.

Tədbir çərçivəsində “Təmiz Şəhər” ASC-nin təşəbbüsü ilə keçirilən və Yapı Kredi Bank Azərbaycanın da tərəfdaşı olduğu “Card to ART” (“Kartdan Sənətə”) sosial layihəsinin təqdimatı baş tutub. İstifadə müddəti başa çatan və yararsız plastik kartların təbiətə atılmasının qarşısını almağa, habelə bu istiqamətdə ictimaiyyətin ekoloji maarifləndirilməsinə xidmət edən layihənin məqsədi fəaliyyətində plastik kartlardan istifadə edən tərəfləri bir araya gətirərək ətraf mühitin mühafizəsinə töhfə verməkdir.

Layihə çərçivəsində müxtəlif məkanlarda yerləşdiriləcək xüsusi qutularda toplanacaq plastik kartlar yaradıcı şəxslərə yönləndiriləcək və onların toxunuşu ilə müxtəlif sənət əsərlərinə çevriləcək. Hazırlanmış incəsənət nümunələri Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Tullantıdan Sənətə” muzeyində təşkil ediləcək “Card to ART” sərgisində ziyarətçilərə təqdim olunacaqdır.

Seçilən
9
3
banco.az

4Mənbələr