AZ

İlham Əliyevi xalq niyə dəstəkləyir?- ÖZƏL

"Azərbaycan dövlətinin və xalqının özünəməxsus xarakterik obrazı, mənəvi-siyasi duruşu vardır və bu, bir qürur simvoludur. Bu qürur simvolunu əlimizdən almağa çalışan düşmənlərə Azərbaycan gəncliyi öz cəsarəti ilə cavab verdi. Otuz il çəkən bu qürur həsrəti cəmi 44 günə geri qaytarıldı". "Olaylar" xəbər verir ki, bunu "YENİ XƏTT" Siyasi Tədqiqatlar Mərkəzinin sədri, siyasi şərhçi Ramil Hüseynov deyib: "Bu gənclər, İlham Əliyev hakimiyyəti dövründə və ondan öncə - Heydər Əliyev hakimiyyəti dövründə yetişən gənclər idi.Yaşamda formalaşan o gənclər idi - onları yetişdirən, ordu quruculuğunu beynəlxalq standartlara və Azərbaycan dəyərlərinə uyğun şəkildə həyata keçirən İlham Əliyev hakimiyyəti olub.

Uzun illər heç kim bilmirdi ki, belə bir ordumuz var. Heç kimin xəbəri yox idi ki, həmin ordunun nümayəndələri, zabitləri və əsgərləri erməni vandallarının, hərbi quldurlarının strateji, texniki və maddi-texniki bazasını, kəşfiyyat məlumatlarını, müdafiə taktikalarını illər boyu araşdırıb.

Onlar düşmənin hər gizli həmləsində dəqiq zərbələrlə sarsıdıcı cavab verirdilər.

Və nəhayət, 2020-ci ilin 44 günlük Vətən müharibəsində biz o sarsaq ideologiyanın daşıyıcılarını və himayədarlarını məğlub etdik. Bəli, o gənclik qürurla, azad, xoşbəxt, başı dik və qalib kimi yaşamağa səs verdi və bundan sonra da səs verəcək!

Gənclər siyasəti dövlətimizin prioritet istiqamətidir.Təhsillə, işsizliklə, vətənpərvərlik və milli dəyərlərlə bağlı, innovasiya və texnologiya ilə bağlı gənclər siyasəti proqramına daxil edilən islahatlar danılmazdır.

Zamanın, dövrün, bəşəriyyətin ümumi bəlaları olaraq bizə də sirayət edən, qarşısının alınması mümkün olmayan neqativləri görənlər isə yalnız "rəngli bayraqlı" gəncləri nəzərdə tuta bilərlər.

Siz o dəyərlərə xidmət edənlərdənsinizmi? Bu nə yanaşmadır?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
46
50
olaylar.az

10Mənbələr