AZ

"Elsevier" və Azərbaycan nümayəndə heyəti arasında görüş keçirilib

17 iyun 2025-ci il tarixində Türkiyənin İstanbul şəhərində keçirilən “Qlobal Dayanıqlı İnkişaf Konqresi” çərçivəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "Elsevier" təşkilatı və Azərbaycanın nümayəndə heyəti arasında görüş baş tutub. 

TƏHSİL.BİZ  xəbər verir ki, görüşdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova və Azərbaycanın 10-dək aparıcı ali təhsil müəssisəsinin rəhbəri iştirak edib.

Görüş zamanı ali təhsil müəssisələrinin elmi-tədqiqat göstəricilərinin təhlili, tədqiqat strategiyasının inkişafı, beynəlxalq rəqabətqabiliyyətinin gücləndirilməsində tədqiqatların rolu və s. barədə müzakirələr aparılıb.

 

 

Seçilən
8
tehsil.biz

1Mənbələr