AZ

Qarpızın çəyirdəyini ATMAYIN

Yay aylarının ən çox sevilən meyvələrindən biri olan qarpız, yalnız təravətləndirici dadı ilə deyil, sağlamlığa verdiyi faydalarla da diqqət çəkir.

News24.az xəbər verir ki, amma çoxlarımızın fikir vermədən atdığı qarpız çəyirdəkləri əslində sağlamlıq baxımından olduqca faydalıdır.

Qarpızın faydaları

  • 92%-i sudan ibarətdir, bədəni susuzluqdan qoruyur
  • C və A vitaminləri ilə zəngindir, immun sistemini gücləndirir
  • Tərkibindəki likopen antioksidantı ürək sağlamlığına müsbət təsir göstərir.
  • Kalorisi azdır
  • Tərkibindəki kalium sayəsində qan təzyiqini tənzimləməyə kömək edir.

Qarpız çəyirdəklərinin faydaları

  1. Qovrularaq yeyildikdə ürəyə faydalıdır.
  2. Yağ turşuları, maqnezium və zülal baxımından zəngindir.
  3. Yaddaşı gücləndirir, pis xolesterolu azaldır.
  4. Tərkibindəki **C vitamini** dərinin elastikliyini artırır.
  5. Sitrullin amin turşusu** əzələləri rahatladır və məşqdən sonra bədənin bərpasına kömək edir.

Hər şeydə olduğu kimi, qarpız və çəyirdəyi ölçülü şəkildə istifadə olunmalıdır. Aşırı istehlakı şişkinlik, mədə həssaslığ, qan şəkərində dalğalanmalar yarada bilər.


Günel Məlikzadə


Seçilən
1
1
news24.az

2Mənbələr