İranın xarici işlər naziri Abbas Əraqçı “NBC News” telekanalına müsahibəsində deyib ki, ABŞ hərbi əməliyyatlara qoşulacağı təqdirdə Tehran Yaxın Şərqdəki Amerika qoşunlarına cavab zərbələri endirməyə hazır olacaq.
Əraqçı bildirib ki, ABŞ prezidenti Tramp istəsə, bir telefon danışığında İsraili İrana hücumu dayandıra bilər. Onun sözlərinə görə, “Vaşinqton Tehranla danışıqlardan İsrailin hava hücumu üçün pərdə kimi istifadə edib”.
İran XİN rəhbəri Trampın Xameneyinin harada olduğunu bildiyini, ancaq hələlik onu aradan götürmək niyyətində olmadığını vurğulayaraq deyib: “Bir supergüc dövlətin prezidentinin necə belə danışdığına təəccüblənirəm”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta