AZ

İtaliyanın müdafiə naziri: NATO-nun artıq mövcud olmaq üçün səbəbi yoxdur  

NATO hərbi-siyasi bloku Qlobal Cənub ölkələri ilə əlaqələr qurmalıdır. Əks halda alyansın məqsədi şübhə altına düşəcək...

Poliqon xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quydo Krosetto bildirib.

"NATO-nun artıq mövcud olması üçün heç bir səbəb yoxdur. Atlantik okeanı bir vaxtlar dünyanın mərkəzi idi, indi o, bütün dünyadır. İndi NATO ya bu missiyanı yerinə yetirən (sülh və qarşılıqlı müdafiəni təmin edən) təşkilata çevrilməlidir, Qlobal Cənub ilə qarşılıqlı əlaqədə olmalıdır, ya da biz məqsədə çata bilməyəcəyik: hamı üçün eyni olan qaydalar çərçivəsində təhlükəsizlik olmalıdır", deyə nazir qeyd edib.

İtaliya müdafiə naziri əlavə edib ki, bugünkü reallıqda Şimali Atlantika Alyansı təkcə ABŞAvropa ilə deyil, bütün ölkələrlə əlaqələr qurmalıdır. O əlavə edib ki, Qlobal Cənub ilə əlaqə qurmaq NATO üçün köklü dəyişiklik olacaq.

Poliqon.info

Seçilən
6
1
poliqon.info

2Mənbələr