AZ

Tramp Çinin İsrail və ABŞ ilə münaqişədə İrana kömək etməyəcəyinə inanır

Çin İsraillə münaqişədə İrana kömək etməyəcək.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu fikri ABŞ prezidenti Donald Tramp bildirib.

Tramp bunu qeyri-mümkün hesab edir. Çinin niyə İrana bir neçə yük təyyarəsi göndərə biləcəyini soruşduqda Tramp deyib ki, bunun Çinin İrana dəstək vermək istəməsi ilə bağlı olması ehtimalı yoxdur.

“Onlar deyirlər ki, bu, insanları çıxarmaq üçün idi. Amma bu barədə sizə heç nə deyə bilmərəm. Çinlə çox yaxşı anlaşıram. Çin prezidenti Xi ilə çox yaxşı anlaşıram. Bizim çox yaxşı münasibətimiz var. Nə olacağını görəcəyik”, – Tramp deyib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
3
editor.az

1Mənbələr