Bakı. Trend:
İyunun 20-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdənbağlı qalan 13 cinayətin açılması polis əməkdaşları tərəfindəntəmin olunub.
Trendxəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 147, ocümlədən borclu şəxs qismində axtarışda olan 125 nəfər saxlanılaraqaidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatıngötürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.