AZ

Tramp: "Nobel mükafatına layiqəm"

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Nobel sülh mükafatına layiq olduğunu bəyan edib.

Tramp deyib: "Mən dörd və ya beş Nobel sülh mükafatına layiq olduğum halda, mənə onu vermirlər. Çünki mükafat ancaq liberallara təqdim edilir". Tramp bu sözləri keçmiş konqressmen Mett Qetsin ABŞ Prezidentinin İsrail-İran münaqişəsində vasitəçi olacağı təqdirdə Nobel sülh mükafatı ala biləcəyi ideyası ilə bağlı açıqlamasında deyib: "Onlar mənə Ruandaya görə Nobel mükafatı verməliydilər. Bəs Konqodan xəbəriniz var? Serbiya ilə Kosovanı da demək olar. Belə halları çox sadalamaq olar.

Onlardan ən böyüyü — Hindistan ilə Pakistandır. Mənə bu mükafat dörd və ya beş dəfə verilməli idi".

Hürr Tərcüman

Seçilən
14
1
hurriyyet.az

2Mənbələr