AZ

“EuroVillage 2025” keçiriləcək

Tədbir Avropa Günü münasibətilə təşkil olunur və Avropa İttifaqı, onun üzv dövlətləri, Azərbaycandan olan tərəfdaş qurumlar və digər təşkilatların birgə iştirakı ilə həyata keçiriləcək.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Dənizkənarı Milli Parkda (“Dəniz Mall” yaxınlığında) “EuroVillage 2025” (Avropa Şəhərciyi) tədbiri keçirəcək. 22 iyun 2025-ci il tarixində keçiriləcək tədbirin rəsmi hissəsi saat 14:00-da başlayacaq və axşam saat 20:00-da konsert proqramı ilə yekunlaşacaq.
Aİ-nın Azərbaycan Nümayəndəliyinidən XəzərNews.az-a verilən məlumata görə, builki “EuroVillage 2025” tədbiri sağlam həyat tərzinin və idmanın təşviqinə həsr olunacaq.
“EuroVillage 2025” çərçivəsində Aİ ölkələrinin pavilyonları, interaktiv guşələr, səhnə çıxışları, uşaqlar və böyüklər üçün əyləncəli və maarifləndirici fəaliyyətlər təqdim olunacaq. Ziyarətçiləri musiqi, rəqs, idman oyunları və hədiyyəli müsabiqələr gözləyir.


Xəbər 4 dəfə oxunub.
Seçilən
2
xezernews.az

1Mənbələr