Bakıda UFC döyüş gecəsinə görə metronun iş vaxtı uzadılacaq.
Yenisabah.az xəbər verir ki, bu gün Bakı Kristal Zalında keçiriləcək "UFC Fight Night" tədbiri ilə əlaqədar olaraq Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək.
"Bakı Metropoliteni" QSC-nin yaydığı məlumata görə saat 20:00-dan 00:00-dək davam edəcək tədbirə uyğun olaraq metronun iş vaxtı iyunun 21-dən 22-nə keçən gecə 2 saat uzadılacaq.
Sərnişinlərin rahat və təhlükəsiz şəkildə mənzil başına çatmasını təmin etmək üçün bütün stansiyaların girişləri saat 00:00-dan 02:00-dək açıq qalacaq. Eyni zamanda, Bakı Kristal Zalına yaxın olan "Sahil" və "İçərişəhər" stansiyalarında əlavə təhlükəsizlik tədbirləri görüləcək.
Telegram kanalımız