AZ

Amazonda süni intellekt "dalğası": Minlərlə insan işini itirəcək

Amazon-un baş direktoru Andy Jassy şirkətin süni intellekti sürətlə inteqrasiya etdiyini və bu texnoloji transformasiyanın növbəti 5 ildə məşğulluğun əhəmiyyətli dərəcədə azalmasına səbəb olacağını açıqlayıb.

Marja.az xəbər verir ki, Şirkət daha səmərəli və avtomatlaşdırılmış iş modelinə keçməyi hədəfləyir.

İşçilərə göndərdiyi məlumatlandırıcı məktubdan danışan Jassy, Amazon-un hazırda 1000-dən çox süni intellekt layihəsi üzərində çalışdığını və bu rəqəmin sürətlə artacağını bildirib. 

Şirkətin diqqət yetirdiyi layihələr arasında Alexa-nın təkmilləşdirilmiş versiyası olan Alexa+, alış-veriş köməkçiləri, satıcılara dəstək sistemləri və reklam texnologiyaları var.

Endi Jassy vurğulayıb ki, süni intellekt xüsusilə anbar idarəçiliyi, müştəri xidməti, robot sistemləri və proqnozlaşdırma modellərində əməliyyat səmərəliliyini əhəmiyyətli dərəcədə artırıb. Bu inkişaflar sayəsində bir çox sahədə daha az işçi qüvvəsinə ehtiyac olduğu halda, bəzi yeni sahələrdə ixtisaslı süni intellekt mütəxəssislərinə ehtiyac artır.

Amazon təkcə 2022-ci ildən bəri təxminən 27 000 işçisini ixtisar edib. Şirkət süni intellektdən istifadə edərək daha kiçik komandalar ilə daha böyük hədəflərə çatmağı hədəfləyir. Bu strategiya texnoloji bacarıqlara malik işçilərə ehtiyacı artırır, eyni zamanda ənənəvi "rollarda" çalışan işçilərin sayını azaldır.

Seçilən
2
marja.az

1Mənbələr