AZ

Qarabaşağı Almaniyadan 11 manata, Qazaxıstandan 56 qəpiyə alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Cari ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 4693.91 ton miqdarında, 1 milyon 693 min 80 ABŞ dolları dəyərində qarabaşaq idxal edilib.

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan qarabaşağın bir kiloqramının orta qiyməti 0.36 dollar (0.61 manat) olub.

Ən bahalı qarabaşaq almaniyadan alınıb. Belə ki, bu ölkədən alınan qarabaşağın bir kiloqramının orta qiyməti 11 manat 90 qəpik olub.

Azərbaycana qarabaşaq gətirilən ölkələr və qiyməti ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Mayya Hüseynova

Seçilən
54
8
valyuta.az

8Mənbələr