AZ

“Bu məlumatlar tam əsassızdı” MOİK dən təkzib

Footbal-plus saytından alınan məlumata görə, ain.az bildirir.

Son günlər mətbuatda MOİK-in baş məşqçisi Orxan Səfiyaroğlunun istefaya göndərilməsi ilə bağlı xəbərlər yayılıb. İddialara inansaq, klub rəhbərliyi onun fəaliyyətindən narazı qalaraq əməkdaşlığa son qoyub.Lakin “Football-plus.az”a açıqlama verən mütəxəssis bu xəbəri təkzib etdi:

“Saytlarda istefamla bağlı xəbərlər dolaşır. Bu məlumatlar tam əsassızdı. Mövsüm ərzində mənə müvəqqəti məşqçi statusu verilmişdi. Lakin çempionat başa çatandan sonra klub rəhbərliyi mənlə davam etmək istədiyini bildirdi. Yeni mövsümdə də MOİK-in uğurları üçün çalışacağam”.

MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
1
icma.az

2Mənbələr