Bakı. Trend:
Rusiyanın “Spartak” klubunun yarımmüdafiəçisi Ruslan Litvinovkaryerasını Türkiyədə davam etdirə bilər.
Trend xəbər verirki, Rusiya mətbuatı “Beşiktaş” klubunun 23 yaşlı futbolçu iləmaraqlandığını yazıb. Bildirilir ki, İstanbul təmsilçisi Litvinovun“Spartak”la yeni müqavilə imzalayıb-imzalamayacağını diqqətləizləyir.
Əgər Moskva klubu futbolçunun 2026-cı ildə başa çatacaq hazırkımüqaviləsini yeniləyə bilməzsə, “Beşiktaş” onu transfer etmək üçünkonkret addımlar atacaq.
Qeyd edək ki, Litvinov ötən mövsüm Rusiya Premyer Liqasında 21oyunda forma geyinsə də, məhsuldarlıq baxımından fərqlənməyib.