AZ

Diz ağrısına qarşı ən yaxşı sadə və dərmansız müalicələr tapılıb - TƏDQİQAT

Bakı, 21 iyun, AZƏRTAC

Diz osteoartritinin qeyri-dərman müalicələrinə dair genişmiqyaslı metaanaliz göstərir ki, diz breketləri, hidroterapiya və fiziki məşqlər bu xəstəliklə mübarizədə ən təsirli yanaşmalar sırasındadır. Tədqiqat Çinin Neijianq şəhərində yerləşən Birinci Xalq Xəstəxanasından Yuan Luo və komandası tərəfindən aparılıb və nəticələr “PLOS One” jurnalında dərc olunub.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, metaanalizdə 10 min iştirakçının daxil olduğu 139 klinik sınaqın nəticələri qiymətləndirilib. Tədqiqatda 12 fərqli qeyri-dərman müalicə növü, o cümlədən lazer terapiyası, elektrik stimulyasiyası, diz breketləri, içliklər, kinezioloji lentlər, hidroterapiya, idman proqramları və ultrasəs müqayisə edilib. Nəticələrə əsasən, diz breketləri ağrının azaldılması, funksional qabiliyyətin yaxşılaşdırılması və sərtliyin aradan qaldırılması baxımından ən yüksək nəticələr göstərib. Hidroterapiya isə xüsusilə ağrıların yüngülləşdirilməsində təsirli olub. Ümumilikdə, müntəzəm fiziki məşqlərin də həm ağrını, həm də hərəkətliliyi yaxşılaşdırmaqda davamlı təsir göstərdiyi müəyyən edilib. Əksinə, yüksək intensivlikli lazer və şok dalğa terapiyaları bəzi müsbət təsirlər göstərsə də, ultrasəs müalicəsi effektivlik baxımından ən zəif nəticələri verib.

Tədqiqatçılar qeyd edirlər ki, analiz edilən tədqiqatlar arasında metodoloji fərqliliklər, nümunə ölçülərinin kiçikliyi və müalicə müddətindəki dəyişikliklər nəticələrin dəqiqliyini məhdudlaşdıra bilər. Buna baxmayaraq, ümumi nəticə belədir: qeyri-dərman fiziki terapiyalar KOA-nın idarə olunmasında daha təsirli alternativlər təqdim edir.

Tədqiqat müəllifləri bildirirlər: “Diz breketləri, hidroterapiya və fiziki məşqlər KOA üçün ən təsirli qeyri-dərman müalicə üsullarıdır. Bu müdaxilələr mədə-bağırsaq və ürək-damar sisteminə təsir edən dərmanlara ehtiyac olmadan ağrını azaldır və hərəkətliliyi artırır”.

 

 

 

Seçilən
18
1
azertag.az

2Mənbələr