ABŞ-ın "Los Anceles" komandası klublararası dünya çempionatının qrup mərhələsini adlaya bilməyəcək.
Offsideplus.az xəbər verir ki, adıçəkilən kollektiv D qrupunun ikinci turunda Tunisin "Esperanse" kollektivinə 0:1 hesabı ilə uduzub.
Meydan sahibləri 90+11-ci dəqiqədə hesabı bərabərləşdirmək şansı qazansalar da, Denis Buanqa penaltini dəqiq yerinə yetirə bilməyib.
Bu, heyətində fransız ulduz Olivye Jirunun yer aldığı "Los Anceles"in ardıcıl ikinci məğlubiyyəti olub. Amerikalılar bundan öncə "Çelsi"yə məğlub olmuşdular (0:2).
Beləliklə, son turun nəticəsindən asılı olmayaraq, "Los Anceles" qrupda qalan ikinci kluba çevrilib. Dünən gecə Yeni Zelandiya təmsilçisi "Okland Siti"nin mübarizəni qrup mərhələsində dayandıracağı dəqiqləşmişdi.
"Los Anceles"in məğlubiyyətinə görə "Flamenqo" 1/8 finala yüksələn ilk komanda olub.
Qeyd edək ki, "Flamenqo"nun heyətində "Qarabağ"ın sabiq oyunçusu Juninyo da yer alır. Lakin o, hələlik dünya çempionatının debüt etməyib.
D qrupu
"Los Anceles" - "Esperanse" 0:1
Belaili, 70
O Q H M T X
1. "Flamenqo" 2 2 0 0 5-1 6
2. "Çelsi" 2 1 0 1 3-3 3
3. "Esperanse" 2 1 0 1 1-2 3
4. "Los Anceles" 2 0 0 2 0-3 0