AZ

SEPAH-ın rəsmi Telegram kanalı Sünik ermənilərinə təşəkkür etdi – İran-Ermənistan ittifaqı güclənir

Musavat.com xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Rusdilli rəsmi Telegram kanalı Ermənistanın Sünik vilayətində baş tutan aksiyanın görüntülərini paylaşaraq oradakı erməni əhalinin İrana yönəlik həmrəylik bəyanatını yayıb.

Paylaşımda Sünik sakinlərinin İranla bağlı səsləndirdiyi fikirlərə yer verilib. Ermənilər bildirirlər ki, İran onların arxasındakı “güclü divardır” və bu ölkənin sabitliyi Ermənistanın mövcudluğu üçün həyati əhəmiyyət daşıyır.

Açıqlamada bu fikirlər səslənib:

“Biz İran xalqının yanındayıq. Niyə İsrail nüvə silahına sahib ola bilər, amma İran yox? İran – Ermənistanın arxasında duran güclü divardır. O, dözməməli, hərəkətə keçməlidir. Əks halda, onun çiyninə minəcəklər. Əgər İran çökərsə, biz də yox olacağıq. İran xalqı, möhkəm durun – hər şey yaxşı olacaq. Biz buna inanırıq.” 

Bu paylaşımın SEPAH-a bağlı media strukturu tərəfindən rəsmi şəkildə təqdim edilməsi təsadüfi deyil. İranın dərin dövlət strukturları hər zaman Ermənistanın yanında olublar, erməni xalqına Azərbaycana qarşı işğal prosesində yardım ediblər.

44 günlük Vətən müharibəsində və ondan sonra da İran Ermənistana dayaq olub. Bu baxımdan, Sünik ermınilərinin ağlaşması yerindədir. İran olmasa, Ermənistan da yox kimidir...

"Erməni divarı" uçub, tökülür...

 

Musavat.com

e4030606-0743-4f16-966c-e425b051e74e.jpeg

Seçilən
10
1
musavat.com

10Mənbələr