Bakı. Trend:
ABŞ hakimiyyəti böyük yarımkeçirici istehsalçılarına xəbərdarlıqedib ki, Çin fabriklərinə ABŞ istehsalı olan avadanlıqlarıntədarükü üçün verilmiş icazələrin ləğvi nəzərdən keçirilir.
Trend xəbər verirki, bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ Ticarət Nazirliyinin Sənaye vəTəhlükəsizlik Bürosunun rəhbəri Ceffri Kessler sözügedənistehsalçılara – o cümlədən "Samsung Electronics", "SK Hynix" və"TSMC" şirkətlərinə – lisenziyaların ləğv edilə biləcəyinibildirib.
Hazırda bu şirkətlər Çin fabriklərinə ABŞ avadanlığını əlavəicazə almadan tədarük edə bilirlər. Lakin Vaşinqton bu imtiyazlarındayandırılmasını nəzərdən keçirir.
WSJ yazır ki, əgər bu planlar həyata keçirilərsə, bu, həmdiplomatik, həm də iqtisadi gərginliklərə yol aça bilər. Nəşrinməlumatına görə, Çin tərəfi bu addımı Londonda keçirilmişdanışıqlarda əldə edilmiş razılaşmaların pozulması kimiqiymətləndirə bilər.