AZ

BMT TŞ iclasında İran və İsrail nümayəndələri arasında dava düşüb

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın obyektlərinə hücum edilərkən səssiz qalmamalıdır.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu İranın təşkilatdakı daimi nümayəndəsi Əmir Səid İrəvani BMT Təhlükəsizlik Şurasının iclası zamanı deyib.

"İran İsrailin təcavüzü dayanana qədər özünümüdafiə hüququndan istifadə etməyə davam edəcək", - o, bildirib.

Onun sözlərinə görə, İran ABŞ-nin münaqişəyə girə biləcəyi ilə bağlı xəbərlərdən narahatdır.

"Aydın deyək: İranın nüvə proqramı dinc xarakter daşıyır və dünyanın ən geniş yoxlamalarına məruz qalır", - İrəvani vurğulayıb.

Bu bəyanatlardan sonra İsrailin BMT-dəki nümayəndəsi Denni Danon İrəvaniyə müraciət edərək qeyd edib ki, İran beynəlxalq ictimaiyyətdən onu müdafiə etməyi tələb edə bilməz: "İranın nüvə təhlükəsi aradan qalxana qədər dayanmayacağıq", - Danon deyib.

Seçilən
24
36
far.az

10Mənbələr