AZ

"Araz-Naxçıvan"ın rəqibindən növbəti transfer

"Araz-Naxçıvan" klubunun UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi "Aris" (Yunanıstan) daha bir futbolçu transfer edib.

İdman.biz xəbər verir ki, bu barədə Saloniki təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komanda Yunanıstan yığmasının 28 yaşlı hücumçusu Tasos Donislə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin görüşləri iyulun 24-ü və 31-də keçiriləcək. "Araz-Naxçıvan" ilk görüşü evdə, cavab matçını səfərdə keçirəcək.

İdman.biz

Seçilən
9
8
idman.biz

10Mənbələr