AZ

"Roma" "Flamenqo"nun müdafiəçisi ilə maraqlanır

İtaliyanın "Roma" klubu "Flamenqo"nun sağ cinah müdafiəçisi Ueslinin transferində maraqlıdır.

90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən yaydığı məlumata görə, 21 yaşlı futbolçu "Roma"nın yeni baş məşqçisi Can Pyero Qasperininin transfer siyahısındadır. İtaliyalı mütəxəssis hələ "Atalanta"nı çalışdırdığı dövrdə gənc braziliyalıya maraq göstərib və onu müdafiənin sağ cinahı üçün potensial gücləndirmə kimi görür.

Ueslinin transfer qiyməti təxminən 20 milyon avro dəyərində qiymətləndirilir. Bildirilir ki, futbolçunun transfer hüquqlarının 70 faizi "Flamenqo" klubuna, qalan 30 faizi isə onun nümayəndələrinə məxsusdur.

Bununla yanaşı, "Roma" "Korintians" klubunun hücumçusu Yuri Albertoya da maraq göstərir. 23 yaşlı forvard daha əvvəl Avropada – Rusiya təmsilçisi "Zenit"də çıxış edib. Onun da transferinin təxminən 20 milyon avroya başa gələcəyi gözlənilir.

Seçilən
31
10
90deqiqe.az

10Mənbələr