İngiltərənin Xarici İşlər Nazirliyinin yenilənmiş səyahət elanında deyilir: "İngiltərə öz işçilərini müvəqqəti olaraq İrandan çıxarmaq üçün ehtiyat tədbirləri görüb. Səfirliyimiz uzaqdan fəaliyyət göstərməyə davam edir".
Qeyd edək ki, bundan əlavə, İngiltərə xarici işlər xaziri Devid Lemmi sosial media platforması X-də hava məkanı yenidən açıldıqda İngiltərə vətəndaşları üçün Təl-Əvivdən çarter reysləri təşkil edəcəklərini açıqlamışdı. D.Lemmi İngiltərə vətəndaşlarına çağırış edərək rəhbərlik ala bilmələri üçün İsraildə olduqlarını bəyan etməli olduqlarını bildirmişdi.