AZ

Maşını qəsdən aşırdı - 20 il həbs cəzası verildi

Yasamalda idarə etdiyi maşını qəsdən aşıraraq sərnişini öldürməkdə ittiham olunan Mustafa Nəcəfovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Mustafa Nəcəfov 20 il müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı da onun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istətmişdi.

Qeyd edək ki, hadisə ötən il iyulun 3-də Yasamal rayonunda baş verib. Kənar Dairəvi yolda “Cherry” markalı avtomobilin dərəyə aşması nəticəsində 1982-ci il təvəllüdlü Günay Əkbərovanın ölməsi, 1990-cı il təvəllüdlü Mustafa Nəcəfovın isə xəsarətlər alması faktı ilə bağlı Yasamal rayon prokurorluğunda cinayət işi başlanıb.

İbtidai istintaq zamanı Mustafa Nəcəfovun idarə etdiyi avtomobili qəsdən dərədən aşağı aşırması nəticəsində sərnişin Günay Ələkbərovanın hadisə yerində ölməsi, özünün isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına əsaslı şübhələr müəyyən edilib.

Mustafa Nəcəfova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 186-cı (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə ittiham elan olunub./apa

Seçilən
8
7
musavat.com

9Mənbələr