Dünya İB məktəbinin 4-cü sinif şagirdi Eyyub Əli, beynəlxalq səviyyəli olimpiadada ölkəmizi uğurla təmsil edib.
Bu barədə Sfera.az-a Dünya İB məktəbindən məlumat verilib.
Belə ki, Eyyub Əli Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Future Intelligence Students Olympiad” (FISO) müsabiqəsində ingilis dili fənni üzrə qızıl medal qazanaraq böyük nailiyyətə imza atıb.
“Bu uğur gənc istedadların dünya miqyasında tanınmasında Azərbaycan təhsilinin artan rolunu bir daha nümayiş etdirir. Dünya İB məktəbi olaraq Eyyubu təbrik edir və gələcəkdə də uğurlarının davamlı olmasını arzulayırıq”, - deyə məlumatda bildirilib.