Qol.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Liverpul” “Bornmut”un futbolçusu Miloş Kerkezin transferi ilə bağlı detallar bəlli olub.
QOL.az xəbər verir ki, bu barədə “The Athletic”in jurnalisti David Ornşteyn məlumat yayıb.
İngiltərə klubu 21 yaşlı sol cinah müdafiəçisi üçün 40 milyon funt sterlinq (€46,8 milyon) ödəyəcək. Hazırda transferin rəsmiləşdirilməsi prosesi davam edir.
Bildirilir ki, Kerkez gələn həftə tibbi müayinədən keçəcək və “Liverpul”la 5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Miloş Kerkezin "Bornmut"la müqaviləsi 2028-ci ilin yayına qədərdir. O, başa çatan mövsümdə komandasının heyətində 41 oyuna çıxaraq 2 qol vurub və 6 qolun ötürməsini edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.