Buşehr nüvə stansiyasına hücum regional fəlakətə yol aça bilər.
APA xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Təşkilatın (AEBA) baş direktoru Rafael Qrossi deyib.
“Son bir neçə saat ərzində region ölkələri birbaşa olaraq mənimlə əlaqəyə keçərək narahatlıqlarını dilə gətiriblər. Mən bir məsələni tamamilə aydın şəkildə demək istəyirəm: Buşehr nüvə obyektinə hücum yüksək miqdarda radioaktivliyin yayılmasına gətirib çıxaracaq”, - Qrossi BMT Təhlükəsizlik Şurasındakı çıxışında bildirib.