İsrailin Hayfa şəhərinə raket zərbəsi endirilməsi nəticəsində iki nəfər yaralanıb. Yaralılardan biri yeniyetmədir və onun vəziyyəti ağır olaraq qiymətləndirilir.
KONKRET.az xəbər verir ki, ilkin məlumatlara görə, raket hökumət qurumlarının, o cümlədən İsrail Daxili İşlər Nazirliyinin yerləşdiyi binaya düşüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Natiq Səlim,
KONKRET.az