AZ

Müəllimlərin apellyasiya müraciətləri obyektiv araşdırılacaq RƏSMİ

ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

“18 iyun tarixindən başlayan təhsilverənlərin sertifikatlaşdırılması prosesi artıq üçüncü gününü yaşayır. Bu müddət ərzində ümumilikdə 8149 müəllim prosesə cəlb olunub və 95 faiz davamiyyət qeydə alınıb”.Modern.az xəbər verir ki, bunu “Azərbaycan müəllimi”nə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

Onun sözlərinə görə, prosesin təşkilində mühüm məqamlardan biri müəllimlərin apellyasiya müraciətləri ilə bağlıdır. İmtahan başa çatdıqdan sonra 24 saat ərzində apellyasiya müraciətlərinin qəbulu başlayır:

“Müəllimlər imtahana qeydiyyatdan keçdikləri portal.edu.az saytında “Sertifikatlaşdırma” bölməsi vasitəsilə apellyasiya müraciətlərini təqdim edə bilərlər”.

O qeyd edib ki, apellyasiya prosesi müraciətlərin obyektiv və şəffaf şəkildə araşdırılması məqsədini daşıyır:

"Ən düzgün yanaşma apellyasiya müraciətinin təqdim edilməsidir. Həm texniki, həm təşkilati, digər məsələlərlə bağlı daxil olan bütün müraciətlər araşdırılır və apellyasiya mərhələsi yekunlaşdıqdan sonra nəticələr ictimaiyyətə açıqlanacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
3
modern.az

4Mənbələr