Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi Şahin Quliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bu gün Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, 1984-cü ildə Naxçıvanda anadan olan Şahin Quliyev həbs olunana qədər Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin rəisi vəzifəsində, mayor rütbəsində işləyib.
Dövlət ittihamçısı cinayət işinin məhkəmə baxışına verilməsini təklif edib.
Təqsirləndirilən şəxs və onun vəkili işin məhkəmə baxışına verilməsinə etiraz etməyiblər.