AZ

Ərdoğan Paşinyanı Dolmabaxçada qəbul edəcək Tarixi məkanın seçilməsi simvolik mesaj daşıyır

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş bu gün saat 19:00-da İstanbulun məşhur Dolmabaxça sarayında baş tutacaq.

Qeyd edək ki, Dolmabaxça sarayı Osmanlı imperiyasının son dövrlərində tikilmiş ən əhəmiyyətli saray komplekslərindən biridir. Erməni mediası yazır ki,bu möhtəşəm memarlıq abidəsinin müəllifləri erməni əsilli Balyan memar ailəsinin üzvləri – Karapet və onun oğlu Nikoqos Balyan olmuşdur. Bu səbəbdən də Paşinyan-Ərdoğan görüşünün məhz bu məkanda keçirilməsi simvolik məna daşıyır.

Görüşün Dolmabaxçada keçirilməsi həm regionda yeni mərhələnin başlanması mesajı kimi, həm də Türkiyə-Ermənistan münasibətlərində tarixi yaddaşın elementlərinin siyasi simvolla birləşdirilməsi kimi dəyərləndirilir.

Xatırladaq ki, Nikol Paşinyanın səfəri Azərbaycan-Ermənistan arasında sülh sazişi perspektivində və Türkiyə-Ermənistan əlaqələrinin normallaşması fonunda baş tutur. Görüşdə regional sabitlik, kommunikasiya yollarının açılması və sülh prosesi əsas müzakirə mövzularındandır.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
azpolitika.info

1Mənbələr