Bakı. Trend:
Bakıda təşkil edilən III Azərbaycan - Özbəkistan RegionlararasıForumunda ölkələrimizin bölgələri arasında əlaqələringenişləndirilməsi, birgə layihələrin reallaşdırılması haqqındamüzakirələr aparılıb.
İqtisadiyyat Nazirliyindən Trend-ə bildirilib ki, BakıdaAzərbaycanın İqtisadiyyat, Özbəkistanın İnvestisiyalar, Sənaye vəTicarət nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyalarınTəşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə IIIAzərbaycan - Özbəkistan Regionlararası Forumu keçirilib. Tədbirdəhər iki tərəfdən hökumət nümayəndələri, sənaye, energetika, kəndtəsərrüfatı, logistika, əczaçılıq, qida, turizm və konsaltinqsahələrini təmsil edən şirkət nümayəndələri iştirak ediblər.
Forumda iqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, ötənil dövlət başçılarımız tərəfindən imzalanmış "AzərbaycanRespublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlikmünasibətləri haqqında Müqavilə” ikitərəfli əlaqələrimizi daha dastimullaşdırır.
Özbəkistanla birgə keçirilən regionlararası forumlarınmünasibətlərin inkişafı baxımından səmərəli platforma olduğu qeydolunub. Ötən il Özbəkistanda dövlət başçılarının iş adamları iləgörüşü çərçivəsində icrasına start verilən birgə layihələrin çoxuməhz ölkələrimizin bölgələrində reallaşdırılır. Bu layihələrbölgələrin tarazlı inkişafına töhfə verməklə yanaşı, iqtisaditərəfdaşlığın intensivləşdirilməsinə xidmət edir.
Diqqətə çatdırılıb ki, bu ilin yanvar-may aylarında ölkələrimizarasında ticarət dövriyyəsinin həcmi 200 milyon dollardan çox olub.Bununla belə, ixracın təşviqi, investisiya üzrə birgə fəaliyyətin,birbaşa işgüzar əlaqələrin genişləndirilməsi məqsədi ilə işlərgörülür. Azərbaycanın Özbəkistanda ticarət nümayəndəliyininyaradılması nəzərdə tutulur.
Ölkələrimiz arasında ticarət, investisiya, sənaye, enerji,nəqliyyat-tranzit, Ələt Azad İqtisadi Zonası, azad edilmişərazilərimizdə biznes fəaliyyəti və digər istiqamətlərdəişbirliyinin inkişafı üçün geniş potensial olduğu bildirilib.Forumda özbəkistanlı iş adamları Azərbaycandakı biznesfürsətlərindən fəal şəkildə yararlanmağa dəvət olunub.
Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri LəzizKudratov yüksək səviyyəli Azərbaycan-Özbəkistan münasibətlərini,iqtisadi-ticarət əməkdaşlığının genişləndiyini vurğulayıb, birgəinvestisiya layihələrinin reallaşdırılması, işgüzar dairələrarasında tərəfdaşlığın gücləndirilməsinə dair fikirlərinibölüşüb.
Tədbir çərçivəsində AZPROMO-nun icraçı direktoru YusifAbdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarəHeyətinin sədri Orxan Məmmədov, Özbəkistanın "Uzkimyosanoat"ASC-nin İdarə Heyətinin sədrinin birinci müavini Yevgeni Korjikovölkələrimizin sərmayə iqlimi və ortaq biznes perspektivləri,Fərqanə vilayətinin rəhbəri Nuriddin Mamajonov isə rəhbəri olduğuvilayətin iqtisadi imkanları və ölkəmizlə mümkün əməkdaşlıqistiqamətləri barədə çıxış ediblər.
Forumda ölkələrimizin regionları arasında əlaqələringenişləndirilməsi, birgə təşəbbüslərin gerçəkləşdirilməsi haqqındamüzakirələr aparılıb.
Tədbir B2B və B2G formatlarında görüşlərlə davam edib.