Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat verib. Bununla bağlı bu gün Xətai rayon Məhkəməsində təqdimata baxılıb.
Məhkəmə həbs müddətinin 2 ay uzadılması barədə qərar verib.