AZ

Macarıstan millisinin üzvü karyerasını "Liverpul"da davam etdirəcək

Macarıstan yığmasının və İngiltərənin "Bornmut" klubunun futbolçusu Miloş Kerkez karyerasını "Liverpul"da davam etdirəcək.

"Report"un "The Athletic"ə istinadən məlumatına görə, Mersisayd klubu 21 yaşlı müdafiəçi üçün təxminən 40 milyon funt-sterlinq ödəyəcək.

Növbəti həftə tibbi müayinədən keçəcək futbolçu daha sonra 5 illik müqaviləyə imza atacaq.

Qeyd edək ki, M.Kerkez 2024/2025 mövsümündə İngiltərə Premyer Liqasında meydana çıxdığı 38 oyunda 2 qola, 5 məhsuldar ötürməyə imza atıb.

Seçilən
37
50
report.az

10Mənbələr