AZ

İran hücuma başladı

ain.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə son hava zərbələri ilə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, SEPAH İsrail şəhərlərinin uzaqmənzilli raketlərlə vurulduğunu bildirib.

“Uzaqmənzilli və son dərəcə ağır raketlərdən istifadə edərək, əməliyyat keçirdik”, - açıqlamada qeyd edilib.

İsrail KİV İran ordusunun son hava kampaniyası zamanı ümumilikdə ölkə ərazisinə 30-a yaxın raketin atıldığını yazıb.

***

16:41

İran Hərbi Hava Qüvvələri İsrail ərazisinə raket zərbələri endirib.

Metbuat.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

“İrandan İsrail ərazisinə raket atışları təsbit edilib. Müdafiə sistemləri təhlükənin qarşısını almağa çalışır”, - məlumatda deyilir.

KİV bildirir ki, hücumla əlaqədar ölkənin şimal və cənub bölgələrində həyəcan siqnalları verilib.

Bir Şiva və Hayfa şəhərlərinə raketlərin düşdüyü, hər iki şəhərdə dağıntıların olduğu, Hayfada isə iki nəfərin ağır yaralandığı bildirilib.

Yerusəlim (Qüds) şəhərinin hava məkanında bir neçə İran raketinin zərərsizləşdirildiyi qeyd edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
1
metbuat.az

2Mənbələr