Bakı. Trend:
Külli miqdarda rüşvət almaqda təqsirləndirilən AzərbaycanOrdusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiqrəisi, mayor rütbəsində xidmət etmiş Şahin Quliyevin barəsindəDövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrəməhkəmənin hazırlıq iclası keçirilib.
Trend xəbərverir ki, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyiilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə işin baxışa verilməsi ilə bağlı qərar qəbul edib.
Məhkəmənin baxış iclası iyulun 1-də keçiriləcək.
Qeyd edək ki, DTX tərəfindən Şahin Quliyevə qarşı AR CinayətMəcəlləsinin 311.3.1 (rüşvət alma, qabaqcadan əlbir olan bir qrupşəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 311.3.2-ci(rüşvət alma, təkrar törədildikdə) maddələri ilə ittiham irəlisürülüb.