AZ

18 ildir evlənməyən cütlük: "Özümüzü evli kimi hiss edirik"

Amerikalı tanınmış cütlük Sem Rokuell və Leslie Bibb ilk dəfə evlənməmələrinin səbəbini açıqlayıblar. 

Far.Az xəbər verir ki, "Today with Jenna & Friends" proqramına qonaq olan Leslie Bibb Semi çox sevdiyini vurğulayıb.

Aktrisa sevdiyi şəxslə 18 il birlikdə yaşadığı üçün özünü evli kimi hiss etdiyini deyib:

"Qulaq asın! Semi çox sevirəm. Mütəmadi olaraq onu yanımda gəzdirirəm. Evlənmək istəmirəm. Özümü evli kimi hiss edirəm".

Leslie Bibbin bu açıqlaması gündəm olub. 

Qeyd edək ki, Sem Rokuell 2007-ci ildə Los-Ancelesə köçüb. 

Seçilən
22
8
far.az

10Mənbələr