AZ

Azərbaycan çempionatında komanda sayı azaldıldı 

Azərbaycan II Liqasında komanda sayı ilə bağlı yeni qərar qəbul edilib.

İdmanxeber.az-a verilən məlumata görə, AFFA rəhbərliyi turnirdəki klub sayını azaldıb. İki ildir 14 komanda ilə davam edən çempionatda artıq 12 klub mübarizə aparacaq.

Məsələ ilə bağlı rəsmi açıqlama bu ayın sonu keçirilməli olan AFFA İcraiyyə Komitəsinin iclasından sonra veriləcək. 

Xatırladaq ki, ötən mövsüm çempionatı “Füzuli” və “Lerik” komandaları tərk edib. İlk üç pilləni tutan – “Şahdağ Qusar”, “Şəfa” və “Şimal” klubları isə I Liqaya vəsiqə qazanıb. 

Regional Liqası çempionu “Xankəndi” ilə finalçı  “Şirvan” və I Liqanın sonuncusu “Qaradağ Lökbatan” komandaları növbəti mövsümdən II Liqada çıxış edəcək.

Seçilən
6
idmanxeber.az

1Mənbələr